Bakı-Tbilisi-Ceyhan infrastrukturu fasilə olmadan fəaliyyətdədir

Bakı-Tbilisi-Ceyhan infrastrukturu fasilə olmadan fəaliyyətdədir

Azərbaycan mühüm neft və qaz ehtiyatlarına malik dövlətdir. Müstəqillik əldə etdikdən sonra Azərbaycan faydalı mənbələrinin istifadəsi ilə bağlı layihələr həyata keçirməklə öz siyasi və iqtisadi problemlərini həll etməyə çalışmışdır. Dövlətin əsas siyasəti öz enerji resurslarını dünya bazarlarına çıxarmaq üçün nəqliyyat marşrutlarını şaxələndirməkdir. Xəzər dənizinin neft və qaz ehtiyatlarının nəqli üçün Türkiyənin şərqindən Aralıq dənizinə çatan marşrut texnoloji və ekoloji baxımdan ən qısa və ucuz, rahat və etibarlı variant idi. Digər tərəfdən isə bu qədər böyük həcmdə neftin dar və nəqliyyay sıxlığı olan Türkiyə boğazlarından tankerlərlə daşınması düzgün yol deyildi. Bu səbəblərə görə Azərbaycan öz səylərini Xəzərin neft və qaz ehtiyatlarının Şərq-Qərb Enerji Dəhlizi üzərindən Qərb bazarına nəqlinin reallaşmasına yönətdi. Qafqazı və Mərkəzi Asiyanı birləşdirən kəmər layihələrini qərbə inteqrasiya edilməsi Avropa regionu üçün önəmli idi. Təhlükəsiz və kommersiya baxımından sərfəli boru kəmərləri regiona sabitlik və firavanlıq gətirəcəkdi. Bu mərhələdə həm Azərbaycan, həm də Mərkəzi Asiya neftinin ixrac edilməsi üçün Bakı-Tiblisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsi planlaşdırılırdı. 1994-cü il 20 sentyabrda Xəzər bölgəsində yer alan 3 sahəni də (Azəri , Çıraq , Günəşli) əhatə edəcək ölçüdə Azərbaycan Dövlət Neft şirkəti "SOCAR" ilə xarici neft şirkətləri arasında bir "İstehsal Bölgüsü" razılaşması imzalandı. 29 sentyabr 1998-ci tarixində Ankarada bir araya gələn Azərbaycan, Gürcüstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan dövlət başçıları ortaq bir deklarasiya imzalayaraq bu layihəni dəstəklədiklərini açıqladılar. 1999-cu il 18 noyabrda ATƏT sammiti çərçivəsində Azərbaycan, Türkiyə, Amerika və s. ölkələr Bakı-Tiblisi-Ceyhan neft kəmərinin tikintisi və istismarına dair sazişlər paketi imzalandı. Beləliklə 2006-cı ildən etibarən Bakı-Tiblisi-Ceyhan xam neft boru xəttindən neft ixracına başlandı.

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri (BTC) "Əsrin müqaviləsi" çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda hasil olunacaq xam neftin dünya bazarına çıxışını təmin etmək üçün inşa edilmiş boru nəqliyyat vasitəsidir. Kəmərin uzunluğu 1767 kilometrdir. Onun 443 km-i Azərbaycanın, 248 km-i Gürcüstanın, 1076 km-i isə Türkiyənin ərazisindən keçir. Kəmərin istismar müddətinin 40 il, orta ötürücülük qabiliyyətinin gündə 1 milyon barel olması nəzərdə tutulub. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti BTC layihəsində iştirak etmək məqsədi ilə "AzBTC Co." törəmə şirkətini yaratmışdır. Bu şirkət layihənin iştirakçıları olan neft şirkətlərinin konsorsiumu tərəfindən yaradılmış "BTC Company" şirkətində 25%-lik paya malikdir. "AzBTC Co." şirkəti daxil olmaqla, layihənin bütün iştirakçıları layihənin dəyərinin 30%-lik hissəsini öz vəsaitləri hesabına, qalan 70%-lik hissəsini isə beynəlxalq maliyyə institutlarından, ixrac kredit agentliklərindən və kommersiya banklarından cəlb edilmiş kredit vəsaitləri hesabına maliyyələşdirirlər. Azərbaycan dövləti adından Azərbaycan "BTC Co." şirkətindəki 80%-lik payın təmsilçisi kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (İN) çıxış edir. Bakı–Tiblisi-Ceyhan neft kəməri bu gündə fasilə olmadan fəalliyətinə davam edir. Bu irimiqyaslı layihənin həyata keçirilməsi nəticəsind Azərbaycan iqtisadi cəhətdən güclü dövlətlərdən birinə çevrilmişdir.

Samirə Əliyeva

H.İskəndərov adına 206 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə