CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 23-də 122,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,08 dollar/barel çoxdur.

Bu barədə SİA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 121,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,09 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 77,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,13 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 115,53 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,71 dollar/barel çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə