Biznes forum işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir

Azərbaycan uğurlu xarici siyasəti, sürətli iqtisadi inkişafı sayəsində beynəlxalq arenada öz mövqeyini möhkəmləndirmişdir. Hazırda regionda marağı olan ölkələr və beynəlxalq təşkilatlar ölkəmizlə müxtəlif sahələrdə əməkdaşlığa böyük səy göstərirlər. Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son illər ərzində dünya dövlətləri arasında əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə keçdi və əlaqələr konkret mexanizmlər əsasında inkişaf etdirildi. Biznes forum iş adamları arasında əlaqələrin genişdirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu ikitərəfli görüşlər üçün əlverişli mühitdir. Ölkəmizlə digər ölkələr arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur. Biznes-forum çərçivəsində müzakirə edilən məsələlər və aparılan danışıqlar dost ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin, iş adamları arasında işgüzar tərəfdaşlığın inkişafında əhəmiyyətli mövqeyə malikdir. Azərbaycanda biznes mühiti investorlar üçün əlverişlidir. Ölkəmizə on milyardlarla birbaşa xarici investisiyalar qoyulur və xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi ölkəmiz üçün çox vacibdir. İnvestisiya proqramları ilk dövrdə əsasən neft-qaz sektoruna aid idi, hal-hazırda isə investisiya bərpaolunan enerji sahəsini də əhatə edir.Həmçinin Avropa İttifaqı da Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq uğurla inkişaf edir. Enerji, nəqliyyat təhlükəsizliyi, ticarət əsas istiqamətləridir.

Bu gün iqtisadiyyatımızın şaxələndirilməsini təmin etmək üçün çox böyük səylər göstərilir. Biznes forumlarının işgüzar əlaqələrin qurulmasının mühüm əhəmiyyət kəsb etdiyi faktı danılmazdır. Azərbaycan-Litva, Azərbaycan- İsrail, Azərbaycan - Avstriya və digər biznes forumlarının keçirilməsi , həmin ölkələrlə biznes forum planlarımız, ölkəmizdəki biznes mühiti, sərmayə də daxil olmaqla imkanlar haqqında bir-birimizi məlumatlandırmaq, həmçinin işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir. Ticarət, investisiya, kənd təsərrüfatı, informasiya texnologiyalarının inkişaf etdirilməsi, nəqliyyat, enerji, təhsil ilə bağlı məsələlər biznes forumda olan iqtisadiyyatçıların, iş adamlarının birgə iştirakı ilə müzakirəyə qoyulur və qarşılıqlı əməkdaşlıq irəliləyərək iki ölkə arasında mühüm siyasi, iqtisadi əlaqələrin qurulmasına gətirib çıxarır.

Nərgiz Muradova

Dərdayıl Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə