Bal ixracatının artması ölkəmizə nə qazandırır? - İQTİSADÇI AÇIQLADI

Bal ixracatının artması ölkəmizə nə qazandırır? - İQTİSADÇI AÇIQLADI

“İxracat ölkədə ümumdaxili məhsulu artıran bir faktordur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib.

Onun sözlərinə görə, bunun üçün də ölkələr çalışırlar ki, ixracatı artırsınlar: “Təbii ki, burada ixracatın həcmi də mühüm rol oynayır. İxracat fermerlərin mənfəətini artıraraq ölkədə yeni iş yerlərinin yaranmasına səbəb olur. Bu baxımdan bal ixracatının artması müsbət bir əhəmiyyətə malikdir. İxracat nə qədər çox olarsa bir o qədər yaxşı olar. Ölkənin aidiyyəti qurumları da çalışır ki, qeyri-neft sektorundakı ixracat artsın. Aəzrbaycanın ixracat edə biləcəyi məhsulların çeşidi kifayət qədərdir. Lakin burada əsas məsələ ondan ibarətdir ki, bu ixracatın əsasının qaz və neft məhsulları təşkil edir. Həmçinin qiymətləri dünya bazarından aslıdır. Bu da ölkə iqtisadiyyatının dünya bazarında əməət qiymətlərinə aslılığı artırır. Buna görə də hökumət çalışır ki, qeyri-neft sektorunun ixracatını artırsın”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə