İtaliya Azərbaycandan qaz tədarükləri artırmaq niyyətindədir
Roma alternativ yollar axtarır

İtaliya özünə qaz bazarını Şimali Afrikada axtarır. Belə ki, ölkənin Baş naziri Mario Draqi Əlcəzairlə enerji əlaqələrini gücləndirməyi planlaşdırır.

Belə görünür ki, Roma Rusiya qazından asılılığını Əlcəzairdən alacağı qazla azaltmaq istəyir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Bloomberg” məlumat yayıb

Verilən məlumata görə, razılaşma Əlcəzairdən qaz idxalının yaxın aylarda İtaliyanın ümumi ehtiyacının üçdə birinə qədər artırılmasını və bərpa olunan enerjiyə birgə sərmayəni əhatə edəcək.

Belə ki, Şimali Afrika ölkəsi 2022-ci ilin sonuna kimi Romaya ixracı ildə 9-10 milyard kubmetr artıracaq.

Yeri gəlmiçkən, indi İtaliya təxminən 40 faiz Rusiya idxalına arxalanır. Avropa İttifaqı liderlərinin Ukraynaya hücumu fonunda Rusiyaya qarşı daha sərt sanksiyaları nəzərdən keçirməsi ilə bağlı hazırda Roma alternativ yollar axtarır. Mənbələr onu da bildiriblər ki, İtaliya Azərbaycan və Qətərdən də tədarükləri artırmaq niyyətindədir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə