Böyük Qayıdışla bağlı intensiv işlər görülür - İQTİSADÇI DANIŞDI

Böyük Qayıdışla bağlı intensiv işlər görülür - İQTİSADÇI DANIŞDI

“Böyük Qayıdışın tezləşdirilməsi və bütövlükdə böyük qayıdışa başlanılması proritet məsələlərdəndir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, Zəngilan rayonunda ilk ağıllı kənd hazırdır və gözlənilir ki, yaxın zamanlarda böyük qayıdışa başlanılacaq: “Bununla yanaşı digər bölgələrimizdə də Füzuli, Ağdam, Cəbrayıl və digər işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşma prosesinin sürətlənməsi ilə bağlı işlər gedir. Digər ağıllı kənd Füzuli rayonunun Dövlətyarlı kəndində olacaq. Bu istiqamət üzrə də bir sıra işlər gedir. Bu ərazilərimizdə əsas minadan təmizlənmə və bu prosesin sürətlənməsi istiqamətində də bir sıra işlər aparılır. Füzuli hava limanı artıq istifadəyə verilib, Zəngilan hava limanı intensif şəkildə qurulur. Bütövlükdə qayıdış tənzimlənməsi və qayıdışa bağlı işlər aparılır. Bütün bunlar böyük qayıdışın daha tez zamanda reallaşmasına imkan yaradacaq”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə