Karqo şirkəti seçərkən nəyə diqqət etmək lazımdır? -İQTİSADÇI AÇIQLADI
“Karqo şirkətlərinin sayının həddindən artıq çox olmasının səbəbi dünyada pandemiyanın var olması və təsirlərinin güclənməsidir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, buna görə də pandemiya nəticəsində onlayn alışa üstünlük verənlərin də sayı çoxaldı: “Buna görə də karqo şirkətlərinin sayının artması təbiidir. Lakin bu zaman keyfiyyətə də fikir vermək lazımdır. Lakin hazırda bir çox karqo şirkətlərində keyfiyyət aşağı səviyyədədir. Rəqabət şəraitində insanların daha çox önəm verdiyi qiymət faktorudur ki, karqo şirkətlərinə daha az pul yatırılsın. Lakin nəzərə alınmayın bir şey var ki, qiymət nə qədər ucuz olarsa, bu zaman keyfiyyət də bir o qədər aşağı düşür. Amma vətəndaşlar mütləq şəkildə keyfiyyəti də nəzərə almalıdırlar. Həm də karqo şirkəti ilə əməkdaşlıq həyata keçirərkən və karqo şirkətinin xidmətindən istifadə edərkən mütləq karqo şirkəti haqqında çox məlumatlı olmaq lazımdır. Hazırda sosial şəbəkələrdə, o cümlədən karqo şirkətlərində fəaliyyəti üzərində müəyyən qeydlərin yazılması, müştərilər tərəfindən qiymətləndirilməsi ilə bağlı müəyyən qeydlər olur. İnsanlar tənbəllik etmədən qısa araşdırmlar nəticəsində daha yaxşı karqo şirkəti seçmək olar. Karqo şirkəti seçərkən, keyyfiyyətinə təsir edən zamanında çatdırılması, düzgün şəkildə müştəriyə təhvil verilməsi aiddir.
Nəzarət mexanizmi güclü olan ölkələrdə şirkət vətəndaşları narazı saldığı təqdirdə cərimələr, cəzalarla qanuncericiliyin tələblərinə cavab verməli olurlar.
Lakin bu cür problemləri yalnız bazar özü tədricən tənzimləyə bilər. Bunun nəticəsində də keyfiyyəti yaxşı olmayan karqo şirkətləri tədricən sıradan çıxacaq”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB