Yolların salınması son dərəcədə mühüm əhəmiyyətə malikdir - İQTİSADÇI AÇIQLADI
“Goranboy rayonunun Dəliməmmədli–Düzqışlaq–Bağçakürd–Dəyirmanlar–Azad–Nizami avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Bu yolun salınması ilk növbədə orada yaşayan insanların gediş-gəlişi üçün, bilavasitə gündəlik hərəkətlərinin rahat şəkildə həyata keçirilməsinə xidmət edəcək”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, ikinci bir məsələ bu, həmin regionda sahibkarlığın inkişafı üçün öz töhfəsini verəcək: “Daha dəqiqi loqistik fəaliyyətin həyata keçirilməsində öz müsbət təsirini göstərəcək. Eyni zamanda bu infrastrukturun yaradılması bölgədə yeni təsərrüfat subyektlərinin də yaradılmasına müsbət mənada öz töhfəsini vermiş olur. Bilirik ki, bütün infrastruktur sahələrinin içərisində yol infrastrukturu birinci növbədədir. Bu baxımdan region üçün yolların salınması son dərəcədə mühüm əhəmiyyətə malikdir”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB