Vətəndaşlar dövlətin hərraca çıxardığı mallardan necə yararlana bilər? - İQTİSADÇI AÇIQLADI
"Ümumilikdə hərrac prosesi iki cür olur. Hər hansı bir məmur dövlətin malına ziyan vuranda, dövlətin maraqlarına ziyan vuranda, bu zaman məsələ cinayət məcəlləsi ilə tənzimlənir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
Onun sözlərinə görə, həmin məmur haqqında istintaq prosesi başlanır: "Ziyan vurmuş məmurun əmlakı qiymətləndirilərək dövlətin hesabına müsadirə olunduqdan sonra Dövlət Əmlak Komitəsinin balansına gəlir. Həmin əmlak Dövlət Əmlak Komitəsinin saytında elanlar verilir. Vətəndaşlar həmin elanlar vasitəsilə hərraclarda iştirak edə bilərlər. İkinci bir məsələ isə hərraclar mülki məsələlərdən ortaya çıxır. Məsələn ipoteka götürülüb və borcu qaytara bilməyəndə, müqavilə ilə borc alınanda və həmin borcu qaytara bilməyəndə əmlak hərraca çıxarılır. Bu halda əmlak qiymətləndiricilər tərəfindən qiymətləndirilərək hərraca çıxarılır. Bunu da Dövlət Əmlak Komitəsi həyata keçirir. Vətəndaşlar Dövlət Əmlak Komitəsinin saytını izləyərək xəbərdar ola bilərlər".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB