Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Fevralın 4-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50300596S dövlət qeydiyyat nömrəli, 50 milyon manat həcmində, 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

SİA xəbər verir ki, hərrac zamanı 9 investor tərəfindən qiyməti intervalı 97.2763 AZN (6 faiz) və 98.172 AZN (3.99 faiz) olan 14 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 156 milyon 315 min 500 manat olub. AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 98.1676 AZN (4 faiz), orta ölçülmüş qiyməti isə 98.1680 AZN (4 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizinə qədər artırıla bilər. Notlar iyulun 22-də ödəniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə