Dünyada kriptovalyutaya marağın artmasının səbəbləri BƏLLİ OLDU - İQTİSADÇI DANIŞDI
"Kriptovalyutaya marağın artmasının bir neçə səbəbi var". Bu sözləri SİA-ya iqtisadçı Xalid Kərimli bildirib.
Onun sözlərinə görə, bunlardan biri də kriptovalyuta bazarının kəskin şəkildə böyüməsidir: "Dünyada kriptovalyuta bazarı iki priomu keçib. Düzdür, son yatırımlardan sonra bu bazarlardan bir qədər pul çıxdı. Ancaq burada ciddi qazanc görənlər var. Geniş kütlə arasında kriptovalyutaya marağın səbəbi son illər bu bazarın böyüməsidir. Lakin eyni zamanda da bu bazarda ciddi risklər var. Çünki dünyanın mərkəzi bankları kriptovalyutanı qəbul etməməkdə israrlıdırlar. Bütün ciddi şirkətlər təşkilatlar kriptovalyutanın daxili dəyərə malik olmadığını sadəcə alqı-satqı olduğunu düşünürlər. İnsanlar arasında kripto valyutaya maraq olsa da, ciddi risk olduğunu hamı bilməlidir".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB