FED uçot dərəcəsini dəyişmədi

ABŞ-ın mərkəzi bankı fuksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FRS) uçot dərəcəsini illik 0-0,25 faiz səviyyəsində saxlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə FED-dən məlumat yayılıb.

Qeyd olunub ki, Açıq Bazar Əməliyyatları üzrə Komitə uzunmüddətli perspektivdə əmək bazarında maksimum məşğulluğu və inflyasiyanı 2% səviyyəsində saxlamağı hədəfləyir. Bununla əlaqədar olaraq, komitə federal fondların dərəcəsi üçün hədəf diapazonunu 0-0,25% səviyyəsində saxlamaq qərarına gəlib.

Eyni zamanda, inflyasiya səviyyəsinin 2%-dən xeyli yuxarı olması və güclü əmək bazarı göstəriciləri ilə əlaqəli mövcud şəraitdə yaxın gələcəkdə federal fondların faiz dərəcəsi üçün hədəf diapazonunun artırılması məqsədəuyğun olduğu vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə