Dərzi-tələbələr tikiş fabrikində istehsalat təlimi dərsləri keçirlər

Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin xidmət sahələri üzrə istehsalat təlimi dərsləri davam edir.

SİA xəbər verir ki, mərkəzdə "Dərzi" ixtisası üzrə təhsil alan III kurs tələbələri istehsalat təlimi dərslərini şəhərdə fəaliyyət göstərən tikiş fabrikinin bazasında keçirlər. Tələbələrin istehsalat təlimi usta Sevil Kazımovanın rəhbərliyi ilə fabrikin əməkdaşları Pərvanə Allahverdiyeva və Elnur Əliyev tərəfindən keçirilir.

Qeyd edək ki, Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi ilə tikiş fabriki arasında əməkdaşlığa dair razılaşma mövcuddur. İstehsalat təlimi dərsləri Təhsil Proqramlarına (Kurikulum) əsasən təşkil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə