2021-ci ildə Türkiyənin külək enerjisi tutumu tarixinin ən yüksək seviyyəsinə çatıb.
SİA xəbər verir ki, keçən il Türkiyədə quraşdırılmış elektrik enerjisinin yarısını külək elektrik parkları təşkil edib.
Bildirilir ki, 2021-ci ildə külək enerjisi tutumundakı artım təxminən 1750 meqavat olub. Bu da Türkiyədə illik olaraq istismara verilən ən yüksək artım hesab edilir. Bu artımla Türkiyənin ümumi külək enerjisi quraşdırılmış gücü 2021-ci ilin sonuna dək 10.750 meqavata, fəaliyyətdə olan layihələrin ümumi sayı isə 270-ə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB