Mərkəzi banklar inflyasiya testindədir

Mərkəzi banklar inflyasiya testindədir

Qlobal inflyasiyanın artması səbəbindən mərkəzi banklar yeni sınaq qarşısındadır. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da illik inflyasiya demək olar ki, 40 ilin rekordunu qıraraq 6,8 faizə çatıb.

Hər kəsin verdiyi sual budur ki, inflyasiya müvəqqətidir, yoxsa daimi? Əgər müvəqqətidirsə, “aqressiv” mübarizə üsullarına əl atmaq faydasız olacaq. Əgər mərkəzi banklar pul siyasətlərini həddən artıq sərtləşdirsələr, birdən-birə qısamüddətli faiz dərəcələrini artırsalar və ya aktiv alışlarını qəfil azaltsalar, Covid-19-dan sonrakı bərpa lazımsız şəkildə əngəllənəcək.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə