“Azərbaycanda minimum əmək haqqının, bəzi maaş və təqaüdlərin ödənişi ilə artımlar artıq rəsmiləşib”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.

“Minimum əmək haqqı 300 manata qədər qaldırıldı və bu həm də əmsal yaradır ki, digər əmək haqları ilə bağlı artımlar olsun. Çox güman ki, həm təqaüdlərlə bağlı ilin sonuna qədər bəlli bir qərar gözlənilir, indeksləşmə baş verəcək. Nəticə etibarı ilə gələn ilin büdcə layihəsində nəzərdə tutulmuş bəzi artımlar da var. Yeni büdcə layihəsinə nəzərdə tutulmayan artımlarında isə Prezidentin Ehtiyat Fondundan və yaxud Nazirlər Kabinetinin Ehtiyat Fondundan maliyyələşdirilməsi mümkündür. Çox güman ki, dünən və bu gün yayımlanan rəsmi qərarlardan sonra Nazirlər Kabineti, büdcə təşkilatlarında və dövlət sektorunda çalışan işçilərin əmək haqlarının hansı faiz və hansı nisbətdə artırılması ilə bağlı il sonuna qədər əlavə bir qərar da yayımlanacaq. Yeni artımların nə qədər olduğu bilinəcək və ortalama 20% artım gözlənilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB