Türkiyənin İtaliyaya icrac həcmində rekord artım

Türkiyənin İtaliyaya icrac həcmində rekord artım

Türkiyə noyabr ayında İtaliyaya 1 milyard 39 milyon dollarlıq məhsul ixrac edərək bütün dövrlərin rekordunu qırıb.

SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatına görə Türkiyənin ixracatı ötən ay 2020-ci ilin müvafiq dövrünə müqayisədə 33,4% artaraq 21 milyard 468,5 milyon dollara çatıb. Bu dövrdə İtaliyaya ixrac həcmində yeni rekord vurulub. Hesabatda bildirilir ki, Türkiyə noyabr ayında İtaliyaya 1 milyard 39,2 milyon dollarlıq məhsul ixrac edib. Bu da göstərir ki, adı çəkilən ölkəyə ixrac həcmi ötən ilin müvafiq dövrünə müqayisədə 40,6% artıb. Beləcə İtaliya Türkiyənin noyabr ayında ən çox məhsul ixrac etdiyi ölkələr arasında 4-cü yerə yüksildikdə, birinci sırdada Almaniya, ikinci sırada Böyük Britaniya və üçüncü sırada isə ABŞ qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə