Gələn il uşaqpulu veriləcək? - DİQQƏT! - İQTİSADÇI-EKSPERT AÇIQLADI

“Gələn il üçün uşaqpulu verilməsi barədə onu deyə bilərəm ki, hazırda dövlət büdcəsində 3 milyard manatlıq bir kəsr nəzərdə tutulur. Büdcənin 26.8 milyard manatlıq gəlir hissəsidir, 29.8 milyard manatıq isə xərc hissəsidir, əlavə olaraq 3 milyard manatlıq isə gəlir hissəsi olaraq nəzərdə tutulub”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

“Uşaq pulu məsələsinə gəldikdə isə gəlir hissəsinin bəndlərinə baxdıqda orada gələn il uşaq pulunun veriləcəyinə dair bir gözlənti yoxdur. Buna görə də müəyyən istiqamətlər üzrə müəyyən xərclər ola bilər, ancaq kütləvi olaraq düşünmürəm ki, növbəti ildə bu məsələyə baxılsın. Ümumiyyətlə büdcədə sosialyönümlü təyinatlar üzrə olan xərclərin strukturu 30-40% arasında dəyişir, bu büdcə kifayət qədər sosialyönümlü büdcədir. Bu büdcədən 2 milyard manata yaxın işğaldan azad olunmuş ərazilərimizə vəsait ayrılacaq. Təxminən 1.6-1.9 milyard intervalında pandemiya ilə mübarizə dəstəyi çərçivəsində tədbirlər üçün vəsait nəzərdə tutulur. Bu məsələlərin hamısı büdcədə əlavə xərc bəndləri yaradır. Ona görə də mən şəxsən subyektiv olaraq səsləndirirəm ki, növbəti ilə uşaq pulunun veriləcəyini gözləmirəm”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə