Sənaye istehsalı indeksində artım qeydə alınıb

Türkiyənin Sənaye istehsalı indeksi sentyabr ayında illik hesaba görə 8,9 faiz artıb.
Sənaye istehsalı indeksində artım qeydə alınıb

Türkiyə Dövlət Statistika Komitəsi (TÜİK) sentyabr ayı üzrə sənaye istehsalı indeksini açıqlayıb. Komitənin hesabatına görə təqvim təsirlərindən təmizlənmiş sənaye istehsalı sentyabr ayında 2020-ci ilin müvafiq dövrünə müqayisədə 8,9 faiz artıb. SİA bu barədə türk mətbuatına istinad edir.

Sənayenin alt sektorları təhlil edildikdə, mədənçıxarma və karxanaçılıq sektoru indeksində 7,9 faiz, emal sənayesi sektoru indeksində 9,7 faiz, elektrik enerjisi, qaz, buxar və kondisioner istehsalı və paylama sektoru indeksində isə 1 faiz artım qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə