"Prezidentin imzaladığı sərəncam xüsusi əhəmiyyət daşıyır" - İQTİSADÇI-EKSPERT ŞƏRH ETDİ

"Prezidentin imzaladığı sərəncam xüsusi əhəmiyyət daşıyır" - İQTİSADÇI-EKSPERT ŞƏRH ETDİ

“Nəqliyyat və yol infrastrukturunun inkişaf etdirilməsi Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas prioritetlərindən biridir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert, deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, nəzərə alsaq ki, infrastruktur işləri yalnız işğaldan azad olunmuş ərazilərimizdə deyil, eyni zamanda digər bölgələrimizdə, o cümlədən paytaxtda həyata keçirilir: “Bu baxımdan da nəqliyyat infrastrukturunun formalaşdırılması xüsusən də sürücülərin məmnunluğu və vətəndaşlarımızın bu infrastrukturdan daha keyfiyyətli şəkildə istifadə etməsi baxımından vacibdir. Eyni zamanda nəzərə alsaq ki, həm hər bir nəqliyyat infrastrukturu, həm yolların çəkilməsi və genişləndirilməsi, həm də iqtisadi əhəmiyyət daşıyır. Bundan əlavə malların daşınması, istehsal olunan məhsulların bazara çıxarılması baxımından mühüm əhəmiyyətə malikdir. Bu baxımdan cənab Prezidentin imzaladığı sərəncam xüsusi əhəmiyyət daşıyır. Nəticə etibarilə Bakıda infrastrukturun daha da təkmilləşdirilməsi baxımından vacib layihələrdən biridir. Həmçinin bu sərəncam bütövlükdə paytaxt iqtisadiyyatının inkişafına xüsusi töhfəsi olan infrastruktur layihələrindən biri hesab olunur”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə