“Şahdəniz”dən hasil edilən 100 mlrd kubmetr qaz ixrac edilib
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku istismara veriləndən bu ilin avqustun 1-dək 184 milyard kubmetr təbii qaz hasil edilib. Bu barədə SİA Energetika Nazirliyinin bu ilin yanvar-iyul ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir. Məlumata görə, “Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən avqustun 1-dək isə 147 milyard kubmetrdən çox qaz hasil edilib.
Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 100 milyard kubmetrdən çoxu ixraca nəql edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB