"Bitkoin"in dəyəri niyə qalxır? - NÜANSLAR - İNSANLAR NƏ ETMƏLİDİR?

“Ümumiyyətlə qeyd etmək lazımdır ki, son illər ərzində kriptovalyutalar olduqca yüksək populyarlıq qazanıb”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında iqtisadçı-ekspert Aslan Əzimzadə söyləyib.

İqisadçı-ekspert bildirib ki, bu kriptovalyutalar içərisində ən yüksək dəyərə malik olan məhz “bitkoin” hazırda birinci yerdədir: ““Bitkoin”nin qiymətinin qalxmasına müəyyən faktorlar təsir edir. Düşünürəm ki, bu faktlardan ən vacibi və mühümü ABŞ-da olan artım, pul kütləsinin formalaşmasıdır. Çünki, ABŞ-da artan pul kütləsi real istehsala və iqtisadiyyata deyil, məhz maliyyə sektoruna istiqamətlənir. Belə istiqamətlənmə təbii ki, kriptovalyutaların o cümlədən “bitkoin”nin dəyərinin artmasına müəyyən bir zəmin formalaşdırır. Bu gün ümumiyyətlə investorlar artan pul kütləsinin istiqamətlənməsinə və yönəlməsinə maraqlıdırlar. Belə olduğu halda “bitkoin” investorlar üçün müəyyən mənada möhtəkir və spekulyativ vasitə kimi çıxış edir. İnvestorların “bitkoin”ə və digər valyutalara marağının artması tələbin artması ilə nəticələnir. Lakin qeyd etmək lazımdır ki, bu olduqca riskli bir prosesdir. “Bitkoin” qiymətlərində volotilliyin şahidi oluruq. “Bitkoin” qiymətlərinin çox ciddi şəkildə dəyişməsi müəyyən qədər riskləri formalaşdırır. İnvestorların özlərinə müəyyən risklər yaradır. Çünki, “bitkoin”nin qiymətinin tez bir zamanda dəyişməsi ilə pullar itirilə bilər. Belə olan halda “bitkoin” müəyyən riskli valyuta kimi ortaya çıxır. Ümumiyyətlə, təbii ki, bu kriptovalyutaların və rəqəmsal valyutaların hamısına şamil olunmalı deyil. Çünki, biz özümüz də bu prosesdən kənarda qalmamalıyıq. Yeni texnologiyalar və maliyyə bazarlarından istifadə etməliyik. Lakin, burada valyutaların emmisiyası dövlət tərəfindən aparılmalıdır. Belə olanda risk faktoru tamamilə aşağı səviyyədə olur. Ölkələr rəqəmsal valyutalardan məhz dövlətin emmisiyası vasitəsi ilə istifadə edərsə, həm riskləri azaldacaq, həm də maliyyə bazarlarını çağdaş dönəmə uyğun şəkildə inkişaf etdirəcəkdir”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə