İyun ayında Azərbaycan üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 705,1 min barel olub. Energetika Nazirliyindən SİA-ya bildirilib ki, bunun 610 min barelini xam neft, 95,1 min barelini isə kondensat təşkil edib.
Xatırladaq ki, “OPEC+” ölkələri nazirlərinin müvafiq iclaslarında qəbul edilmiş razılaşmalar çərçivəsində ölkəmizdə orta günlük xam neft hasilatının cari ilin iyun ayında 610 min barel, iyulda isə 620 min barel səviyyəsində saxlanılması qərara alınıb.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB