İİTKM-in beşillik fəaliyyəti ilə bağlı hesabat verilib - FOTOLAR

İqtisadi İslahatların Təhlili Mərkəzi (İİTKM) 5 illik yubileyini qeyd edir. SİA xəbər verir ki, bu gün, 20 aprel tarixində İİTKM-in beşillik yubileyinə həsr olunmuş tədbir, mətbuat konfransı keçirilib və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə qurumun 5 illik fəaliyyəti ilə bağlı hesabat verilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİKTM) icraçı direktoru Vüsal Qasımlı qeyd edib ki, qurum yarandığı 5 il ərzində 50-ə qədər strategiya, proqram, fəaliyyət planı, konsepsiya, strateji yol xəritələri, texniki-iqtisadi əsaslandırma və digər sənədlərin hazırlanmasında, habelə Qarabağın reinteqrasiyası üçün lazım olan iqtisadi əsaslandırma prosesində iştirak edərək islahat gündəliyinin formalaşmasına töhfə verib.

İcraçı direktor diqqətə çatdırıb ki, İİTKM dünyada tanınmış beyin mərkəzlərindən biri kimi “RçonLAB” iqtisadi təhlil labaratoriyasını formalaşdırıb, hansı ki, bu laboratoriya Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Avropa İttifaqı və SEÇO-nun dəstəyilə maliyyə proqramlaşdırılması, ümumi tarazlıq, xərclər-buraxılış, ORANİ, mikrosimulyasiya, Xarici Sektorun Qiymətləndirilməsi (EBA-lite) kimi modellər yaradılıb. Onun sözlərinə görə, Dünya Bankının regionda uğur hekayəsi kimi təqdim etdiyi İİTKM-də yaradılan monitorinq və qiymətləndirmə institutu bp şirkətinin dəstəyilə www. Monitoring.az portalı əsasında rəqəmsallaşdırılıb. Həmçinin qeyd olunub ki, BMT və Dünya Bankı ilə portnyorluq əsasında monitorinq və qiymətləndirmə sahəsində qabaqcıl təcrübənin yerli şəraitdə tətbiqi və bu sahədə bacarıqların artırılması istiqamətində nailiyyətlər əldə edilib, açıq hökumət və yaxşı idarəetmə prinsplərinə əməl olunub.
Xatırladaq ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu islahatlar nəticəsində Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında top-10 islahatçı ölkə sırasına daxil olub və 190 ölkə arasında biznes mühitinin əlverişliliyinə görə 25-ci yerə qədər irəliləyib. Eyni zamanda, qlobal rəqabətlilik, iqtisadi azadlıq, qlobal innovasiyalar və davamlı inkişaf məqsədləri sahəsində mötəbər reytinqlərdə Azərbaycanın yüksək məqamlarda qərar tutması ölkəmizdə iqtisadi islahatların idarə edilməsinin uğurlu modelinin yaranmasını sübut edir. Diqqətə çatdıraq ki, İİTKM iqtisadi islahatların hazırlanması və həyata keçirilməsi sahəsində dövlət və özəl sektorun dialoqu əsasında qurulan qərəmsal həll – azranking.az portalının operatorudur.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı nəzərə çatıdırıb ki, İİTKM-in 40-a yaxın elektron resursu, “İxrac icmalı”, “İslahat icmalı” və “Video icmal” kimi xüsusi buraxılışları ilə yanaşı, həm də operativ kommunikasiya siyasəti qeyd edilməlidir. Mərkəzin icraçı direktorunun sözlərinə görə, mərkəz bu beş ildə Forbes, Reuters, BBC, Foreign Policy və London Post kimi nüfuzlu dünya nəşrlərində, T20 və Asiya Beyin Mərkəzlərinin İnkişaf Forumu kimi platformalarda, BMT, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa İttifaqı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı kimi nüfuzlu qurumların tədbirlərində ölkəmizi təmsil edib.
Nəzərə çatdıraq ki, Azərbaycanda elektron ticarətin lideri Azexport.az, dünyada ikinci olan Azərbaycan Rəqəmsal Ticarət Qovşağı, dünyada ilk m-rezidentlik, dünyada ikinci olan e-rezidentlik, ölkədə ilk rəqəmsal inkubasiya və akselerasiya mərkəzi – EnterpriseAzerbaijan.com, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və Azerp.az layihəsi İİTKM-in bu beş ildə əldə etdiyi nailiyyətlər sırasındadır.
Sonda Vüsaq Qasımlı qeyd edib ki, 2020-ci ildə aparılan Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əldə etdiyi qələbə, torpaqlarımızın düşməndən azad edilməsi, tarixi ədalətin bərpası milli qürur mənbəyimiz kimi Vətən, Xalq və Dövlət qarşısında məsuliyyətimizi daha da artırır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə