İstehsal gücümüzün artması daha çox qaz ixrac etməyə imkan verəcək - ŞƏRH ÖZƏL
“Şəfəq-Asiman yatağında qaz kəşf olunması Cənub Qaz Dəhlizinin uzunmüddətli fəaliyyət göstərilməsinə imkan verəcəkdir. Düzdür CQD-nin perspektivində qonşu ölkələrimizin də qazının nəql edilməsi nəzərdə tutulub”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.
Deputatın sözlərinə görə, öz istehsal gücümüzün artması daha çox öz qazımızı ixrac etməyimizə imkan verəcəkdir: “Xəzər dənizində kəşf olunmamış və kəşfiyyat işləri davam etdirilən çoxlu neft-qaz yataqlarımız da mövcuddur”.
A.Badamov vurğulayıb ki, mütəmadi olaraq yeni-yeni yataqlar da kəşf olunaraq istismara veriləcəkdir: “Təbii ki, kəşf olunan hər yeni yataq ixrac potensialımızın artması deməkdir. O cümlədən bu, iqtisadiyyatımızın da güclənməsidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB