Rus iqtisadiyyatını güclü böhran gözləyir?

Rus iqtisadiyyatını güclü böhran gözləyir?

1998-ci il defoltunu proqnozlaşdıran rusiyalı iqtisadçı Mixail Xazin Rusiyada daha böyük bir böhranın baş verəcəyi barədə xəbərdarlıq edib.

SİA bu barədə rus mətbuatına istinad edərək bildirir.

Vaxtilə birinci Rusiya prezidenti Boris Yeltsinin müşaviri olmuş Xazin Rusiya üçün yaxınlarda gözlənilən tənəzzülün liberalların siyasətindən qaynaqlanacağını istisna etməyib. O, ölkədəki iqtisadi vəziyyətin daha da pisləşəcəyini və yerli səlahiyyətlilərin iqtisadi siyasətdə kəskin bir dəyişiklik etməyəcəkləri təqdirdə böhranın Rusiyanı uzun müddət ağuşuna alacağını bildirib.

Maraqlıdır ki, Qaydar adına İqtisadi Siyasət İnstitutunun baş mütəxəssisi Sergey Javoronkov Xazindən fərqli olaraq, elə də bədbin olmamağa çağırıb. Məsələ bundadlr ki, o, bu "nikbinliyini" neftlə əlaqələndirir. Yəni əgər neftin qiymətində kəskin azalma baş verməsə, Rusiya bu böhrandan yan keçə bilər.

Yeri gəlmişkən bildirək ki, rus iqtisadçıları bu gün koronavirus pandemiya səbəbindən Rusiyanın federal büdcəsinə ən güclü zərbə dəydiyini eriraf edirlər. Onların fikrincə, pandemiyanın təsiri 2008-2009 və 2014-cü illərdəki böhranların təsirini də üstələyib.

Agasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə