Yay mövsümündə neftə tələb ən yüksək səviyyəyə çatır, bu il isə koronavirusa görə tələb aşağı qalmaqda davam edir. SİA xəbər verir ki, digər tərəfdən OPEC+ koalisiyasının istehsalı artır.
Dünyanın ən böyük neft idxalatçısı olan Çinin xam neft idxalı Avqust ayında geriləyərək ikinci aydır azalıb. Ölkədəki neftayırma zavodlarının anbarları erkən alışlara görə doludur. Bu səbəbdən sentyabr və oktyabr aylarında daha az neft alacaqları gözlənilir.
Bunlardan başqa, ABŞ və Çin arasında gərginlik səngimir. ABŞ Prezidenti Donald Tramp ölkəsinin Çinə olan asılılığını sona çatdırmağı hədəfləyir.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 15:19-da "Brent" markalı neft 3 faiz ucuzlaşaraq 40,65 dollardan, ABŞ xam nefti isə 3,7 faiz ucuzlaşaraq 37,65 dollardan alıcı tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB