Rövnəq Abdullayev: "Bu gün Dövlət Neft Şirkətinə böyük maraq və təkliflər var" - MÜNASİBƏT

Rövnəq Abdullayev: "Bu gün Dövlət Neft Şirkətinə böyük maraq və təkliflər var" - MÜNASİBƏT
"Dövlət Neft Şirkəti artıq beynəlxalq şirkətlərdən biri olub və dünyanın bir çox ölkələrində çoxlu əməliyyatlar həyata keçirib". SİA-nın məlumatına görə, bunu mətbuata açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib. ARDNŞ-in prezidenti: "Ən böyük investitsiya həyata keçirdiyimiz yer Türkiyədir. Bilirsiz ki, artıq Türkiyədə neft emalı zavodunun tikintisinə başlanılıb. Bu yaxınlarda təməlatma mərasimi olacaq. 4 milyard dollar civarında dəyərə malik olan bu zavodun tikintisi 2014-cü ildə başa çatacaq. Bu zavod fəaliyyətə başlayandan sonra Azərbaycan Türkiyənin enerji sektorunda önəmli yer tutacaq. Bir xəbəri də diqqətinizı çatdırım ki, dünən bəzi mətbu orqanlarda olduqca səhv informasiya getmişdi. Bunu səhv şəkildə ictimaiyyətə verilməsi məni narahat etməyə bilməz. Bu gün Dövlət Neft Şirkətinə böyük maraq və təkliflər var ki, bu da kommersiya sirri olduğundan açıqlamaq istəmirəm. Azərbaycan Dövlət Neft Şirkəti xarici ölkələrə yatırdığı sərmayəni banklardan alır və bu məbləğ müəyyən vaxt ötdükdən sonra neft gəlirləri hesabına qaytarılır ki, bu da gələcəkdə yatırım etdiyimiz ölkələrdəki müəssələrin Azərbaycan mülkiyyətinə keçəcək anlamına gəlir. Bu lahiyələrin həyata keçirilməsi şirkətimizin öz kadr potensialı və vəsaiti hesabına baş verir. Bu gün bizim belə layihələrimizi xarici banklar çöx böyük məmnuniyyətlə maliyyələşdirirlər", - deyə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə