Yükdaşıma iqtisadiyyatın mühüm istiqamətlərindəndir - ŞƏRH ÖZƏL

"Bildiyiniz kimi Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinə sahib olması, bu cür layihələr həyata keçirməsi, bir neçə ildir ki, davam edir. Bu əsasən Şərq-Qərb və Şimal-Cənub istiqamətində yüklərin daşınmasıdır. Bu gün dünyada iki mühüm iqtisadi mərkəz biri Avropada, digəri isə Çində yerləşdiyinə görə, bu iki mərkəz arasında yüklərin daşınması kifayət qədər intensiv xarakter almağa başlayır və bu yüklərin daşınmasından iqtisadi fayda əldə etmək Azərbaycanın xüsusən də, qeyri-neft sektorunun inkişafında mühüm istiqamətlərdən biridir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Enerji Təhlükəsizliyi komitəsinin sədr müavini Tahir Mirkişili deyib.

Deputatın sözlərinə görə, yüklərin daşınması üçün həm də eyni zamanda müvafiq infrastruktura malik olmaq vacibdir: "Bu sahədən Azərbaycan öz ərazisindən Avropa istiqamətinə Bakı-Tibilisi-Qars dəmiryolunu tikməsilə demək olar ki həmin layihələri tamamilə bitirib. Amma Şərq istiqamətində infrastruktur layihələrin inkişafı həm də bu layihələrin tamamlanması deməkdir. Yəni, yüklərin maneəsiz şəkildə Azərbaycanı keçməklə Hindistan və ya Əfqanıstana gedib çatması bu gün həmin o dairənin tamam qapanması, yəni layihənin başa çatması deməkdir. Bu cəhətdən baxsaq bu istiqamətdə yüklərin daşınması Əfqanıstan, eyni zamanda qonşu ölkə olan Pakistan və digər ölkələr- Avropa arasında yüklərin daşınması üçün mühüm istiqamətlərdən biridir. Buna görə Azərbaycan, Türkiyə və Əfqanıstan arasında infrastruktur layihələrinin getdikcə daha çox təkmilləşdirilməsi bütünlükdə bu koridorun inkişafının əsas tərkib elementlərindən biridir".

T.Mirkişili vurğulayıb ki, Azərbaycanın bu istiqamətdə təcrübəsinin, eyni zamanda birləşdirici rolunu Əfqanıstan, Türkmənistanla bölüşməsi hər iki ölkədə də infrastrukturun inkişafı üçün mühüm iqtisadi potensialın yaranmasına və bu ölkələrin həmin potensialı görməsinə imkan yaradacaqdır: "Çünki pandemiyadan sonrakı dövr ərzində dünya iqtisadiyyatının kifayət qədər sürətlənəcəyi planlaşdırılır. 2020-ci ildə dünya iqtisadiyyatının orta hesabla 7-11 faizə qədər azalması planlaşdırılırsa, pandemiyadan sonrakı dövr ərzində dünyada artımın 5-7 faiz artacağı planlaşdırılır ki, bu kifayət qədər böyük artımdır. Bu cür artımda Aəzrbaycanı intensivləşdirəcəy əlaqələrdən iqtisadi fayda əldə etmək istəməsi indiki zamanda kifayət qədər təqdirəlayiq haldır. Bu iqtisadi faydanı əldə etmək və bu ideyanın ətrafında digər ölkələri də birləşdirmək və orada infrastrukturun inkişafına nail olmaq Azərbaycanın regionda apardığı siyasətin mühüm tərkib hissəsidir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...