Azərbaycan və Ermənistan arasındakı sosial-iqtisadi və siyasi fərqlər ÖZƏL - AÇIQLAMA
"Azərbaycanla Ermənistan arasındakı sosial-iqtisadi, siyasi sistemin qurulmasında və onun dayanıqlılığında olan fərqlər yerlə göy qədərdir. İlk öncə vurğulamaq lazımdır ki, Ermənistanın dövlətçiliyi son illər ərzində demək olar ki, məhv olub. Bu dövlət tamamilə xarici faktorlardan asılıdır. Onun nüstəqil xarici siyasət aparmaq imkanları demək yoxdur. Lakin Azərbaycan müstəqil siyasət aparan bir dövlətdir. Öz resurslarına güvənən, onlara arxalanan bir dövlətdir". Bu sözləri SİA-ya açıqlamasında siyasi məsələlər üzrə ekspert, politoloq İlqar Vəlizadə deyib.
O bildirib ki, Azərbaycanın iqtisadiyyatı da bir çox parametrlərinə görə nəinki Ermənistandan, ümumiyyətlə, regionda yerləşən ölkələrdən daha dayanıqlıdır və daha möhkəm əsaslara söykənərək inkişaf edir:
Hər il əmək resursları hesab ediləcək kütlə Ermənistanı tərk edir...
"Buna həm ötən illər ərzində yaranmış valyuta ehtiyyatlarımız, həm Azərbaycanın zəngin resurs bazası, həmçinin, ölkədə əmək bazarının genişləndirilməsinə imkanların yaradılması təsir edir. Ölkəmizdəki əmək resursları bazası Qafqaz ölkələrindən daha böyük və genişdir. Bu əsaslara söykənərək Azərbaycanın iqtisadiyyatı da inkişaf edir. Həmçinin, Azərbaycanın digər ölkələrlə həyata keçirdiyi layihələr düşünməyə imkan verir ki, ölkəmizin iqtisadiyyatı həm dünya iqtisadiyyatına, həm də regional iqtisadi sistemə inteqrasiya olunub. Baxmayaraq ki, son dövrlər ərzində bütün dövlətlərdə iqtisadi problemlər yaşanır, lakin, resursları daha çox olan ölkələrdə bu problemləri tənzimlənməyə imkanlar var. Bu problemlərin sosial-siyasi fəlakətə çevrilməməsi üçün dövlətlər məyn səylər göstərir, xüsusilə də Azərbaycan. Ermənistanın isə adicə əmək bazası belə geniş deyil, hətta, ilbəil azalan bir bazadır. Hər il əmək resursları hesab ediləcək kütlə ölkəni tərk edir. Digər tərəfdən zəngin təbii ehtiyyatlara malik olan bir ölkə deyil. Ermənistanın ixrac etdiyi təbii ehtiyyatların dünya bazarındakı qiyməti isə çox aşağıdır. Ermənistan onlardan kifayət qədər gəlir götürə bilmir".
Politoloq vurğulayıb ki, Ermənistanın torpaqlarının 80 faizi düşmən ölkələrlə əhatə olunub, bu da Ermənistanın öz siyasi yanaşmasının nəticəsidir və Ermənistan qonşu Türkiyə və Azərbaycana düşməncə münasibətini davam etdirir:
Ermənistan regional layihələrin heç birində yoxdur...
"Digət bir tərəfdən də Ermənistan regional layihələrdən təcrid olunub. Bu regional layihələr ona heç bir gəlir gətirmir. Azərbaycan isə təkcə keçən il nəqliyyat infrostruktur (tranzit) imkanlarından istifadə etməklə yarım milyard dollara yaxın gəlir əldə edib. Ölkəmiz təkcə neft və qaz ixrac etmir, son illər ərzində elektrik enerjisini də yaxın və regional ölkələrə ixrac edir. Bundan da müəyyən mənfəət əldə edir. Azərbaycan bütün mənfəət mənbələrindən uğurla yararlanır.
Hazırda Azərbaycanın üç peyki fəaliyyət göstərir. Bu peyklərdən keçən il 50 milyon dollara yaxın gəlir əldə etmişik. Həmçinin, Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsi də Azərbaycan üzərindən keçir. Bu böyük bir layihədir və müxtəlif regional ölkələri əhatə edir. Bu layihənin həyata keçirilməsindən Azərbaycan də mənfəət əldə edir. Bu layihələrin hamısı perspektivə hesablanmış layihələrdir və bizə imkan verir ki, bu layihələri həyata keçirməklə daimi gəlir əldə edək. Ermənistan bu kimi layihələrin heç birində yoxdur. Ola da bilməz. Digər tərəfdən hazırda risklər çoxdur, problemlər çoxdur və pandemiya bu problemlərin başında duran əsas amildir. Bunların öhdəsindən gəlmək üçün sadaladığımız resurslardan istifadə olunmalıdır".
İlqar Vəlizadə qeyd edib ki, pandemiya ilə əlaqədar Azərbaycanda modul tipli xəstəxanalar tikildi və xaricdən müasir avadanlıqlar gətirildi, lakin, Ermənistan bunu belə həyata keçirlə bilmədi:
Son illər ərzində Ermənistana daxil olan sərməyalər də azalıb...
"İstənilən sahədə Ermənistanla Azərbaycan arasında fərqlər çoxdur. Ermənistan bununla belə işğalçılıq siyasətindən əl çəkmir. Ermənistan digər ölkələrdən aldığı kreditlər hesabına idarəı olunan ölkədir. Belə bir vəziyyətdə bu kiçik dövlətin müqayisə etmək olmaz. Son illər ərzində Azərbaycan müxtəlif ölkələrlə investisiya layihələri həyata keçirir. Türkiyə, Rusiya, Avropanın Balkan ölkələrində, Gürcüstanda və Mərkəzi Asiyada layihələrimiz var. Bunların hamısı uzunmüddətli və gəlir gətirən layihələrdir. Azərbaycanın səhmləri burada vacib rol oynayır. Bəs, Ermənistan hansı investisiya layihəsində iştirak edir? Heç birində. Xaricdə onun heç bir investisiya və sərmayə qoyuluşu yoxdur. Son illər ərzində Ermənistana daxil olan sərməyalər də azalıb. Ermənistanın statistika idarəsinin göstəriciləri də bunu təsdiqləyir. Belə vəziyyətdə Ermənistandakı bu uçurum daha da dərinləşəcək. Bu da Azərbaycana regionda dominantlığı saxlamağa və Ermənistana qarşı sosial-siyasi, iqtisadi və hərbi-siyasi təzyiqləri artırmağa imkan verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB