ABŞ neftinin qiyməti 12 dollar/barrelə enib

ABŞ neftinin qiyməti 12 dollar/barrelə enib

ABŞ-ın “Light” markalı xam neftinin bir barrelinin qiyməti 12 dollara düşüb. SİA xəbər verir ki, hazırda “Light” neftinin bir barreli Nyu-Yorkun NYMEX birjasında 12,47 dollara satılır.

Qiymətin enməsinə səbəb ABŞ-ın ən böyük neft paylama mərkəzi olan “Cushing”də anbarların maksimum səviyyədə dolması, eləcə də Kaliforniya sahillərində bir neçə gündür onlarla neft tankerinin dayanmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə