Koronavirusun dünya iqtisadiyyatı üçün FƏSADLARI AÇIQLAMA - ÖZƏL

Koronavirusun dünya iqtisadiyyatı üçün FƏSADLARI AÇIQLAMA - ÖZƏL

“Koronavirusun yayılmasından sonra dünya iqtisadiyyatında xeyli geriləmələr müşahidə olunur. Orta perspektivli proqnozlar yaxşı heç nə vəd etmir. Bu makroiqtisadi göstəricilər və strateji məhsulların qiymətləri, xüsusən də neftin dəyərində özünü göstərir”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

O bildirib ki, 2017-ci ildən bu ilə qədər neftin dünya bazarındakı qiymətlərində müəyyən qədər stabillik müşahidə olunsa da, cari ilin əvvəllərindən neftin qiyməti 55-60 dollara qədər ucuzlaşıb..

Ekspertin sözlərinə görə, ötən ilin dövlət büdcəsində neftin bazar qiymətləri 60 dollar götürüldüyü halda builki riskləri nəzərə alan hökumət büdcə sənədlərində neftin qiymətini 55 dollardan götürüb.

Manatın ucuzlaşmasına gəlincə ekspert söyləyib ki, bu məsələdə təşvişə gərək yoxdur: “Qısası, neft 40 dollardan aşağı düşərsə, manatın dəyərini maksimum 3-4 ay ərzində indiki səviyyədə saxlamaq mümkün olacaq. Koronavirusla bağlı yaranan rezonansın dünya iqtisadiyyatına nə qədər zərər verəcəyi bundan sonrakı proseslərin gedişatından asılıdır. Hər halda qlobal iqtisadiyyat ehtimal olunan dərəcədə fəlakətə yuvarlanmayacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə