USAID və KOBIA Biznes və Peşəkar Assosiasiyalara Dəstək adlı sammit keçirib -TƏDBİR-VİDEO

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) peşəkar assosiasiyalara dəstək üçün yeni təşəbbüslə çıxış ediblər. SİA-nın məlumatına görə, bu gün USAID KOBIA yeni təşəbbüsün başlanğıcını qeyd etmək üçün tərəfdaşlıq sammiti keçiriblər. Yüzdən çox özəl sektor, biznes assosiasiyaları, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlar və Azərbaycan hökumət nümayəndələri sammitdə iştirak ediblər.

Kiçik və Orta Biznesin İnkişafi Agentliyinin sədri Orxan Məmmədov, USAID-in Azərbaycandakı missiya direktoru Cey Sinqx və Azərbaycanda Amerika Ticarət Palatasının sədri Nuran Kərimov tədbirin açılşında çıxış ediblər. Sammitdə Azərbaycan, Türkiyə, Özbəkistan və ABŞ-dan olan yerli və beynəlxalq mütəxəssislər dünyada biznes ve peşekar assosiasiyaların modelləri və onların əhəmiyyəti barədə çıxış ediblər. Həmçinin USAID-in mütəxəssisləri Biznes və Pesəkar Assosiasiyalara Dəstək adlı təşəbbüs çərçivəsində USAID-lə çalışmaqda maraği olan yerli tərəfdaşlar üçün növbəti addımlar və prosedurlar barədə danışıblar.

Tərəfdaşlıq sammiti əməkdaşlıq mühitində bir neçə ay davam edəcək və sıx əməkdaşlıq tələb edən bir prosesin başlanğıcıdır. Bu zaman ərzində USAID müxtəlif qruplar və ya çoxtərəfli konsorsiumların təqdim etdiyi layihə ideyalarını dəyərləndirəcək və onların maliyyələşdirilməsi barədə qərar verəcək", - deyərək USAID-in missiya direktoru Cey Sinqx qeyd edib ki, bu layihə ilə bağlı ümidimiz çoxdur, çünki assosiasiyalar USAID-in göstərdiyi texniki yardımı daha çox kiçik və orta bizneslərə çatdıra bilər ki, bu da təsiri genişləndirəcək.

KOBIA-nin sədri Orxan Məmmədov qeyd edib ki, "Son vaxtlar müxtəlif sahələrdə təmsil olunan sahibkarların təşkilatlanması istiqamətində dövlət tərəfindən, o cümlədən Agentliyimiz tərəfindən təşviqat işləri aparılır, sahəvi assosiasiyaların və ictimai birliklərin yaradılmasına dəstək göstərilir. Məlumdur ki, bu prosesdə dövlətin məqsədi biznesin real vəziyyəti barədə düzgün informasiya almaq, özəl sektorun məqsədi isə dövlətin diqqətini öz problemlərinə cəlb etməklə müvafiq sahədə biznes mühitinin münbitləşdirilməsinə nail olmaqdır. Və biz cari layihənin bu baxımdan əhəmiyyətini qeyd edirik.

USAID-in Biznes və Peşəkar Assosiasiyalara Dəstək adlı təşəbbüsü "Yeri İnkişaf" adlanan proqram çərçivəsində USAID-in Vaşinqtonda yerləşən Yerli Dayanıqlılıq ofisi tərəfindən bu qurumun Azərbaycandakı missiyasına ayrılan vəsait hesabına mümkün olmuşdur. Yerli İnkişaf yerli miqyasda inkişafı sürətləndirmək və USAID-in yerll iştirakçılara inkişaf yolunda qarşılarına çıxan çətinliklərin öhdəsindən gəlinməsində rəhbərlik etmək səlahiyyətinin verilməsi qabiliyyətini gücləndirmək üçün nəzərdə tutulmuş unikal proqramdır. Bu təşəbbüsün hissəsi olaraq USAID Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasəti və islahat gündəliyini dəstəkləmək məqsədilə biznes və peşəkar assosiasiyaların gücləndirilməsi istiqamətində bir neçə layihə tərtib etməyi və bu layihələri maliyyələşdirməyi planlaşdırır. USAID tərəfindən ayrılan vəsaitlər yerli QHT, assosiasiya və ya ictimai birliyə təqdim ediləcək və bu QHT, İttifaqa dair və ya ictimai birliklər digər QHT-lər, ittifaqlar, ictimai birliklər və ya özəl şirkətlərlə konsorsium yaratmağa teşviq ediləcəkdir. Təşəbbüsün məqsədi dövlət, özəl sektor və vətəndaş cəmiyyətində ortaq sosial-iqtisadi məqsədlərə dair tərəfdaşlıqların qurulmasını təşviq etməkdir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə