İstehsalına görə ilk 10-luğu təşkil edən ölkələr STATİSTİKA
Ümumi Daxili Məhsula görə 2019-cu ilin istehsalı ən yüksək olan ölkələrin adları sıralanıb. SİA xəbər verir ki, bu tabloda Amerika Birləşmiş Ştatları və Çin istehsalına görə zirvənin 1-ci və 2-ci pilləsini bölüşürlər. 2019-cu ildə ABŞ-ın ümumi daxili istehsalı 7,3 trilyon dollar olmaqla birinci yerdə, Çin isə 6 trilyon dollar ilə ÜDM-yə görə ikinci yerdə qərar tutub. Əgər, Çin iqtisadiyyatı bu templə böyüsə 2024-cü ildə öz göstəriciləri ilə ABŞ-ı arxada qoyacağı ehtimal olunur. Belə ki, Çinin artım tempi ötən ilə nisbətən 6,14 faiz, ABŞ-ın artım tempi isə 2,35 faizlə götürülüb. Bu da onu göstərir ki, Çin ABŞ-a nisbətən istehsalatını daha sürətlə genişləndirir.
“Statistics Times”a görə yaxın 10 ildə Çin dünyanın ən güclü iqtisadiyyatı olan ölkə kimi birinci yerdə, ABŞ isə ikinci yerdə, Hindistan isə üçüncü yerdə qərar tutacaq. Hazırda isə Hindistan Birləşmiş Krallığı və Fransanı üstələyərək beşinci yerdə qərar tutub.
Belə ki, ilk onluğu ABŞ və Çindən sonra, Yaponiya, Almaniya, Hindistan, Böyük Britaniya, Fransa, İtaliya, Braziliya və Kanada təşkil edir.
Ərazisinə görə nəhəng ölkələrdən biri olan Rusiya Federasiyası isə onluğa düşə bilməyərək 11-ci yerdə qərar tutub. Türkiyə isə siyahıda 19-cu yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB