Ülvi Mehdiyev: “ASAN xidmət”ə 7 il ərzində 6,5 milyondan çox müraciət daxil olub"

“ASAN xidmət”ə 2019-cu il ərzində 9 milyondan çox müraciət daxil olub". SİA xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Agentlik sədrinin sözlərinə görə, fəaliyyət göstərdiyi 7 il ərzində “ASAN xidmət”ə 6 500 000-dən çox vətəndaş tərəfindən 35 410 334 müraciət daxil olub. Bu, "ASAN Xidmət"ə hər vətəndaşın ən azı 5 dəfə müraciət etməsi deməkdir.
Ülvi Mehdiyev qeyd edib ki, ümumilikdə gün ərzində müraciət sayı 30871-dir. "ASAN Xidmət"ə gün ərzində 2390 nəfər isə ilk dəfə müraciət edir.
Ü.Mehdiyev vurğulayıb ki, ən çox şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı müraciətlər olur.
"ASAN Xidmət"də bir gün ərzində 3718 nəfərə şəxsiyyət vəsiqəsi verilir, 408 nikah qeydə alınır", deyə Agentlik sədri bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə