Hansı telefonların bazar payı artıqdır?

Hansı telefonların bazar payı artıqdır?

Mobil telefonların Azərbaycanda bazar payları açıqlanıb. SİA “Global Stats” analitik şirkətinin məlumatına istinadən xəbər verir ki, ötən ilin dekabr ayında qlobal miqyasda Samsung şirkətinə məxsus telefonların Azərbaycan üzrə bazar payı 54,52%-ə çatıb.
Məlumata əsasən, sözügedən tarixdə Xiaomi telefonlarının Azərbaycan üzrə bazar payı 18,05%, Apple-ın 11,6%, Huawei-in isə 4,42% olaraq qeydə alınıb.
Eyni zamanda, Unknown telefonlarının ölkəmiz üzrə bazar payı 2,2%, Nokia-nın 1,68%, %, LG-nin 1,63 %, Lenovo-nun 1,1 %, HTC-nin 0,88%, Alcatel-in isə 0,51 % olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə