"Azərbaycanda dəmir yollarında orta sürət 55 km üzərindədir" Cavid Qurbanov

"Azərbaycanda dəmir yollarında orta sürət 55 km üzərindədir" Cavid Qurbanov

"Bu gün Azərbaycanda dəmir yollarında orta sürət 55 km üzərindədir". SİA-nın verdiyi məlumata görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib. C.Qurbanov bildirib ki, bu sürətin əldə edilməsi üçün 2015-ci ildən bəri xeyli işlər görülüb.

O bildirib ki, hazırda dəmir yollarında 20 minə qədər insan çalışır: "İşçilərin əmək haqqında 2015-ci ildən 95 faiz artım var. 2015-ci ilə qədər dəmir yollarında orta əməkhaqqı 130 manata qədər olubsa, indi 583 manata qədərdir. Ancaq bu son deyil. Dəmir yolunda yeni kadrlara üstünlük verilir, islahatlar aparılır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə