"Azərbaycan öz inkişaf dövrünü yaşayan bir ölkədir" ÖZƏL-MÜNASİBƏT
“U.S.News" jurnalında dərc olunan reytinq siyahısında Azərbaycan dünyanın 80 ən güclü ölkələri arasında 45-ci yerdə qərarlaşması ölkəmizdə dövlət başçımızın rəhbərliyi altında aparılan uğurlu siyasətin göstəricisi kimi qeyd etmək olar”. Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, Azərbaycan öz inkişaf dövrünü yaşayan bir ölkədir: “Bu gün bu jurnalın göstəricilərində Azərbaycanın tutduğu mövqe və bir çox Avropa ölkələrini ötməsi təbii ki, ölkəmizin inkişafından xəbər verir. Biz öz iqtisadiyyatımızı, öz siyasətimizi hər hansı bir reyintinqlərə görə düzəltmirik və qoşmuruq. Biz ümumilikdə ölkəni inkişaf etdiririk. Bu gün beynəlxalq reytinq təşkilatlarının Azərbaycanı yüksək səviyyələrdə sıralaması günün reallığıdır və xaricdən bizə baxılanda görünən sevindirici nəticələrdir. Azərbaycan hərbiyə, müstəqil siyasət yürüdülməsinə, sosial siyasətinə, iqtisadi inkişafına görə belə yüksək göstəricilərə layiq görülməsi günün reallığldır. Düşünürəm ki, gələcəkdə yerimiz daha da möhkəmlənəcək və dünyada ən cəlbedici, inkişafda olan bir ölkə kimi mövqeyimiz güclənəcək”.
Qeyd edək ki, Azərbaycan dünyanın ən güclü ölkələrinin reytinqində 45-ci yerdə qərarlaşıb. Bununla da ölkəmiz Portuqaliya, Kolumbiya, Tailand, Argentina, Çexiya, Xorvatiya və digər başqa ölkələri qabaqlayıb. "U.S.News" jurnalında dərc olunan reytinq siyahısında ümumilikdə 80 ölkə yer alıb.
Ən güclü ölkələrin üçlüyünə ABŞ, Rusiya və Çin daxildir. Həmçinin siyahıda Litva, Slovakiya, Sloveniya, Latviya, Estoniya ölkələri var. Siyahı Ümumi Daxili Məhsul, əhalinin sayı, sosial rifah səviyyəsi parametrləri əsasında tərtib olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB