“Beton səki daşları”nın standartı təsdiq edilib

“Beton səki daşları”nın standartı təsdiq edilib

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS prEN 1340-2011 "Beton səki daşları" Dövlət standartını təsdiq edib.

Komitədən SİA-ya verilən xəbərə görə, bu standart Avropa Standartlaşdırma Komitəsinin (CEN) prEN 1340-1993 standartı əsasında Komitənin Texniki tənzimləmə və standartlaşdırma şöbəsi tərəfindən hazırlanıb. Sənəddə beton səki daşlarının hazırlanmasında istifadə olunan materiallara olan tələblər, hazır məhsulun xüsusiyyətləri, sınaq metodları, uyğunluğun qiymətləndirilməsi və digər məsələlər öz əksini tapıb

Bütün xəbərlər Facebook səhifəmizdə