“Diqlas”da zərər çəkməmiş mallar inventarlaşdırılacaq

“Diqlas”da zərər çəkməmiş mallar inventarlaşdırılacaq

“Diqlas” ticarət mərkəzinin yanğından zərər çəkməmiş anbarlarında malların inventarlaşdırılmasına 6 aprel tarixindən başlanacaq. SİA xəbər verir ki, bunu yanğından zərər çəkmiş sahibkarlarla görüşü zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Ş.Mustafayev bildirib ki, sahibkarlara ödəniləcək ziyanın məbləği inventarlaşdırılmadan sonra müəyyən ediləcək.

Nazir daha sonra qeyd edib ki, “Diqlas” ticarət mərkəzinin binasının bərpası mümkün deyil: “Ticarət mərkəzinin yerində yenisi tikiləcək ya yox, bu, artıq ticarət mərkəzinin sahiblərindən asılıdır”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə