"SOCAR ÜMİD" MMC-nin sifarişi ilə "Ümid" perspektiv qaz-kondensat strukturunda 8 nömrəli kəşfiyyat quyusunun qazması başa çatdırılıb. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, quyuda qazma işlərinə 2009-cu ilin sentyabrında başlanıb. 2010-cu ilin noyabr ayında isə quyu məhsuldar qatın VII horizontundan 6006 metr dərinliyə çatdırılıb və burada sənaye əhəmiyyətli qaz-kondensat ehtiyatı aşkar edilib. Əldə oluna nəticə qazmaçılarda böyük ruh yüksəkliyi yaradıb.
Hazırda növbəti 10 nömrəli kəşfiyyat quyusunun qazılmasına hazırlıq gedir. Qazma qurğusu 3,3 metr sürüşdürüləcək, tikinti-quraşdırma işləri başa çatdırılqdan sonra qazma prosesinə başlanacaq. Layihə dərinliyi 6500 metr olan quyuda qazma işlərinin bu ilin sonu 2012-ci ilin əvvəllərində başa çatdırılacağı proqnozlaşdırılır.
Qeyd edək ki, dənizin 58 metr dərinliyində quraşdırılan "Ümid" platformasından ümumilikdə 6 quyunun qazılması nəzərdə tutulub. Qazılacaq hər quyudan sutkada 1-1,5 milyon kubmetr qaz, 300-350 ton kondensat hasil ediləcəyi gözlənilir. Qazma işləri ARDNŞ-nin Kompleks Qazma İşləri Trestinin nəzdində yaradılmış "Sahil" Qazma İşləri İdarəsi tərəfindən həyata keçirilir. İdarə ən yeni texnika və texnologiyadan istifadə edərək xüsusilə dərin quyularda qazma işlərinin aparılması üzrə ixtisaslaşıb. İdarədə 3 qazma dəzgahı var ki, bunlar da N. Nərimanov adına NQÇİ-nin işlədiyi neft-qaz yataqlarında istismar olunur. Qazma işləri zamanı müasir standartlara cavab verən texnika və texnologiyalardan geniş istifadə edilir. Bu da quyuların sürətli və təhlükəsiz qazılmasına zəmin yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB