Yuxarı Lars yolu yenə bağlandı

Güclü qar yağması, yolların buz bağlaması və qar uçqunu təhlükəsi səbəbindən Gürcüstandan Rusiyaya gedən və hərbi yol kimi tanınan Kazbek-Yuxarı Lars avtomobil magistralı yük, qoşqulu və yarım qoşqulu avtomobillər üçün bağlanıb. SİA gürcü mənbələrinə istinadla xəbər verir ki, Mtsxeta-Stepantsminda–Lars magistralının Kobi-Qudauri hissəsi qoşqulu və yarım qoşqulu avtomobillər üçün bağlanıb. Departament qonşu ölkələrdən gələn yük maşınlarına alternativ yollardan istifadə etməyi məsləhət görür. Digər yüngül və minik avtomobilləri yol polisinin nəzarəti altında hərəkət edə bilirlər. Dağ yamaclarında qar uçqunu ehtimalı olduğu üçün axşamlar həmin avtomobillərin də hərəkətinə məhdudiyyətlər qoyulacağı gözlənilir.

Sinoptiklər fevralın 9-10-11-də Gürcüstan ərazisində havanın yağıntılı keçəcəyi barədə məlumat yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə