BNA: Yeni tələblər hazırlanıb

Avtobuslara, taksilərə, sürücülərə və daşıyıcılara dair yeni Tələblər hazırlanıb. Tələblər artıq hökumətə təqdim olunub. Xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Parlament Jurnalistlər Birliyinin təşkil etdiyi media turda deyib.

V.Kərimli bildirib ki, bu istiqamətdə əsas məsələlərdən biri də 2022-ci ildən etibarən paytaxtda ictimai nəqliyyat vasitələrinin sıxılmış qaz və elektriklə işləyən avtomobillərlə əvəz edilməsidir. Ətraf mühitin mühafizəsi bütün cəmiyyətimiz üçün vacibdir.

Bütün xəbərlər Facebook səhifəmizdə