Paytaxtda normativ sənədin tələblərinə cavab verməyən süd məhsulları istehsal edən müəssisə aşkarlanıb
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Dağıstanlı küçəsi, 118 ünvanında yerləşən fiziki şəxs Z.Sənalının rəhbərlik etdiyi müəssisədə süd məhsullarının istehsalı zamanı standartların tələblərinə, metroloji qayda və normalara riayət olunmasını araşdırıb.
Komitədən SİA-ya verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, istehsal üçün lazımı şərait olmaması ilə yanaşı, müəssisə tələb olunan normativ sənədlərlə də təmin edilməyib, məhsullar üçün resepturalar mövcud deyil, markalanmada ciddi nöqsanlar var.
Hazır məhsullardan seçilib götürülmüş nümunələrin Komitənin Təcrübə-Sınaq Mərkəzində müayinəsi zamanı məlum olub ki, məhsul normativ sənədin (AZS 220 - 2006) tələblərinə cavab vermir. Belə ki, götürülmüş nümunədə (dovğa) fiziki-kimyəvi göstəricilərindən normativ sənədlə nəzərdə tutulmuş turşuluq dərəcəsi 90-1300T olduğu halda, nümunədəki göstərici 550T olub. Aşkar olunan nöqsanların aradan qaldırılması üçün qanuna müvafiq qaydada tədbirlər görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB