İşsizlik dünyada insanların əsas problemlərdəndir və əfsuslar olsun ki, hazırda dünyada 70 milyona yaxın gənc işsizdir. SİA-nın verdiyi məlumata görə, bu sözləri bu gün Kənd Təsərrüfatı Nazirliyinin yeni layihəsi olan AMAL-ın (Aqrar Məşğulluğun Artırılması Layihəsi) təqdimat mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsinin nazir müavini İdris İsayev deyib.
Nazir müavini öz nitqində bildirib: “Bizdə də gənclərin işsizliyi əsas məsələlərdəndir. Cari ilin nəticələrinə görə ölkəmizdə gənclərin 9,2 faizi, qadınlar arasında isə 11 faizi işsizdir. Bu baxımdan gənclərin aqrar təsərrüfata yönləndirilməsi müsbət nəticədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq proqramının icrası ilə bağlı 2018-ci ildə 36 milyon manat vəsait sərf ediləcək. Artıq 7800 şəxs bu proqrama cəlb olunub. Onlara treyninqlər keçirilib, biznes planlarının hazırlanması ilə bağlı biliklər aşılanıb. 6530 şəxs biznes planını təsdiqləyib. Bunun 70 %-ni aqrar sahədə olan biznes planlar təşkil edir. İlin sonuna qədər proses yekunlaşdırılacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB