ABŞ-ın dövlət borcu 30 sentyabrda başa çatmış 2018-ci maliyyə ilinin sonuna görə, 1.2 trilyon dollar artıb. SİA xəbər verir ki, bu barədə The Washington Examiner yazıb. Belə ki, göstərici rekord həddə – 21,5 trilyon dollara çatıb.
Nəşrin yazdığına görə, 2017-ci maliyyə ilinin sonunda 20,245 trilyon dollar təşkil edirdi, lakin cari ilin sentyabrın 28-də tarixdə ilk dəfə olaraq 21,516 trilyon dollara çatıb .
Adıçəkilən nəşr eyni zamanda proqnozlaşdırır ki, Amerika büdcəsinin defisiti 2020-ci ildə Donald Trampın sələfi Barak Obamanın prezidentliyinin birinci seçimində olduğu kimi, 1 trilyon dollara çatacaq
Mövcud qanunvericiliyə görə, hökumət 2019-cu ilin 1 mart tarixinə qədər federal borcları qeyri-müəyyən dərəcədə artıra bilər. Bundan sonra isə dövlət borcunun tavanı işə düşəcək ki, həmin amil qeyd edilən müddətdə növbəti borclanmaların qarşısını alacaq.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB