Gələcəkdə Azərbaycanda bioyanacaqdan daha geniş istifadə olunacaq

Gələcəkdə Azərbaycanda bioyanacaqdan daha geniş istifadə olunacaq

"Hazırda Azərbaycanın alternativ və bərpa olunan enerji sahəsində marağı iki tərəflidir. Çünki ən vacib enerji aktivliyinə nail olmaq üçün bərpa olunan enerji mənbələrinin istifadəsidir. Ancaq tək bununla yararlanmaq olmaz. Sözsüz ki, energetika sahəsində energetikanın səmərəli istifadəsinin və digər formalarının inkişaf etdirilməlidir". Bu sözləri SİA-ya açıqlamasında Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikov bildirib. O, qeyd edib ki, alternativ mənbələrdən əldə olunacaq enerji hesabına binaların tikintisində, enerji istehsalında, energetika yönümlü istehsalda istifadə etmənin bu effektliyini artırılmaq lazımdır: " Eyni zamanda bərpa olunan enerji hesabına yanacaqların həm istehsalı və istifadəsini Azərbaycanda həyata keçirməliyik".

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrində ən önəmli inkişafda olan külək energetikası sahəsinə toxunan Cəmil Məlikov külək enerjisindən istifadə üçün kifayət qədər layihələrin mövcud olduğunu qeyd edib: "Artıq iqtisadi əsaslandırmalar başa çatıb. Kifayət qədər müqavilələr bağlanılıb. Bu sahədə Azərbaycanın ilk dəfə və müasir bərpa olunan enerji sahəsində uğurlarını yaxın müddətdə görə biləcəyik. Azərbaycanda kifayət qədər bioresurs olmasını nəzərə alaraq bu günlərdə pilot formasını daşısa da əhalinin istifadəsi üçün geoqazdan eksperiment kimi istifadə olunub. Hazırda biz onun istifadə olunması praktikasının Azərbaycana gətirilməsi və istifadəsi istiqamətində işlər aparırıq. Ümidvaram ki, bu sahədə də inkişaf olacaq. Qeyd etmək istəyirəm ki, agentliyin öz layihələri də var. Qaz qurğuların quraşdırılması və biodizelin alınması üçün. Biz bütün bu layihələri dəstəkləyirik və əlimizdən gələn bütün köməkliyi göstərəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə