“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” - növbəti ünvan Novxanı

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” - növbəti ünvan Novxanı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol” adlı sosial aksiya bu həftə Abşeron rayonu, Novxanı kəndində keçiriləcək. Əmlak Məsələləri Dövlət Komitəsindən alınan məlumata istinadən SİA xəbər verir ki, vətəndaşların rahatlığını təmin edərək bütün növ daşınmaz əmlakın qeydiyyat xidmətləri səyyar formada təqdim ediləcək. Sakinlər 01-05 oktyabr tarixlərində, saat 09:00-dan 17:00-dək Novxanı kəndi, Şıxəli Qurbanov küçəsi 1 (Novxanı İcra Nümayəndəliyinin qarşısında) ünvanındakı mobil ofislərə yaxınlaşa bilər.

Əlçatan xidməti sürətli və müasir üsullarla vətəndaşlara təklif edən bu layihə ərazi idarəsinə getmədən fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlakları qeydiyyata almağa şərait yaradır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə