“Şimal” Elektik Stansiyasında təmir işlərinə hazırlıq başa çatıb
Müstəqillik dövründə istismara verilən "Şimal" ES-də əsas və köməkçi avadanlıqların dayanıqlı və qənaətli işləməsi üçün müvafiq tədbirlər həyata keçirilib, stansiyanın ərazisində abadlıq, yaşıllaşdırma işləri görülüb. Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, cari ilin oktyabr ayında stansiyada 167 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da nəzərdə tutulan rəqəmdən təqribən 2,4 milyon kilovatsaat çoxdur. Cari ilin 10 ayı üzrə texniki iqtisadi göstəricilər yüksək olub. Göstərilən dövrdə 1 milyard 877,5 milyon kilovatsaat elektrik enerjisi istehsalı proqnozlaşdırıldığı halda faktiki istehsal 1 milyard 908,7 milyon kilovatsaat olub.
Tədbirlər nəticəsində elektrik enerji istehsalının və yanacağın istifadəsi nəzərəçarpacaq dərəcədə azalıb. Hazırda stansiya dispetçer qrafikinə uyğun olaraq normal iş rejimində fəaliyyət göstərir.
Bununla yanaşı, blokların daha da dayanıqlı işini təmin etmək üçün yüksək və orta təzyiq konturunda bəsləyici nasosların kipləmələrində təmir işləri aparılıb, qaz qızdırıcısı qurğusunda qüsurlar aradan qaldırılıb və yağ nasoslarında müxtəlif təyinatlı təmir işləri aparılıb. Eyni zamanda işçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində də müəyyən tədbirlər həyata keçirilib. Stansiyada payız-qış mövsümü ilə bağlı görülmüş işlərə gəldikdə isə, noyabr ayı ərzində qaz turbininin təftişinin planlaşdırıldığı bildirilib. Artıq bu istiqamətdə hazırlıq işləri başa çatıb, ehtiyat hissələri də stansiyaya gətirilib. Qeyd edək ki, 400 MVt-lik 2-ci qaz turbin qurğusunun tikintisi üçün müvafiq prosedur qaydaları həyata keçirilir. Blokun inşası üçün ayrılmış tikinti meydançası köhnə tikili və qurğulardan təmizlənir və meydançada hamarlanma işləri görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB