Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Saray postundan Sumqayıt şəhəri istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.
"Bu məqsədlə avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq. Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkətiqaydalarına əməl etmələri xahiş olunur", deyə məlumatda bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB